Futbol üzrə milli komandamızın baş məşqçisi Robert Prosineçki “Bursaspor” klubuna təklif olunub.
Yeniçağ.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, komandanın hazırkı baş məşqçisi Hamza Hamzaoğlu ilə yollar ayrılacağı təqdirdə, bu vəzifəyə ən yaxşı namizəd kimi R.Prosineçkini təklif ediblər.
Bəs görəsən bu təklifdən AFFA-nın xəbəri varmı?
Məsələ ilə bağlı yerli qurumun mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu Yeniçağ.az-a açıqlama verib:
“Bu barədə bizə heç bir xəbər gəlməyib. Bu, mümkün də deyil. Çünki Prosineçkinin milli komandamızla müqaviləsi davam edir”.
Qeyd edək ki, H.Hamzaoğlu Türkiyə superliqasının 16-cı turunda “Gənclərbirliyi”nə 1:3 hesablı məğlubiyyətdən sonra komandadan ayrılmaq istədiyini söyləmişdi.
Aygün İlqarqızı
Yenicag.az