Bu gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına yekun vurulacaq.
Yenicag.az xəbər verir ki, həlledici qarşılaşmada Azərbaycan və Omanın
23 yaşadək futbolçulardan ibarət milli komandaları üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma 21:00-da start götürəcək.
Qeyd edək ki, üçüncülük uğrunda isə Kamerun və Əlcəzair yığmaları üz-üzə gələcək. Sözügedən matçın start fiti 14:00-da səsləndiriləcək.
Yenicag.az