Millimizin futbolçusu əməliyyat olunacaq

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi, “Neftçi”nin kapitanı Ruslan Abışov əməliyyat olunacaq.

Yenicag.az xəbər verir ki, futbolçu bunun üçün avqustun 1-də Almaniyaya yollanacaq. Bu barədə xəbəri klubun saytı yayıb.

Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın “Uypeşt” klubu ilə iyulun 19-da keçirilən cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopub və meniski zədələnib. Onun azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı deyilir.

“Neftçi” iki oyunun nəticəsinə görə “Uypeşt”ə uduzaraq, Avropa Liqasında mübarizəni dayandırıb.

COP29