!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimizin futbolçusu iki ölkədən təklif alıb

!Reklam – Yazi

Azərbaycan millisinin və “Keşlə” klubunun futbolçusu Vüsal İsgəndərli ölkə xaricindən gələn iki təklifi qəbul etməyib.

Yenicag.az xəbər verir ki, bu barədə 24 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

O bildirib ki, menecerlər həmin klubların “Keşlə”yə rəsmi təklif göndərmək istədiyini söyləyib.

İsgəndərli onunla yerli klubların da maraqlandığını vurğulayıb: “Baş məşqçimiz Tərlan Əhmədova yaxınlaşdım. Onun fikirlərini soruşdum. Mənə dedi ki, sənə klubda qalmağı məsləhət görürəm. Tərlan müəllim ötən il mənim zəif çıxışıma 4-5 ay göz yumdu, səbr etdi. Mən də ona görə getmək istəmirəm. Əsas olan odur ki, komandamız bu mövsüm yaxşı nəticə qazansın. Yay transfer dönəmində təklif gələrsə, dəyərləndirmək olar. Mən də istəyirəm ki, ölkəmizi xaricdə təmsil edim”.

Qeyd edək ki, İsgəndərli AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin Slovakiyaya 0:2 hesabı ilə uduzduğu matçda debüt edib. (Report)

www.yenicag.az

863
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv