Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin üzvü Serhat Taşdemirin yeni klubu açıqlanıb.
Yenicag.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi İngiltərənin Birinci Liqasında çıxış edən “Piterboro” klubu ilə anlaşıb.
Tərəflər arasında 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, onun sonuncu klubu Milli Liqada çıxış edən “Fayld” olub.
Xatırladaq ki, Serhat Taşdemir ilk dəfə Azərbaycanın U-19 yığmasına bu ilin yanvarında dəvət olunub.