Millimizin futbolçusu PSV ilə oyunda qələbə qolunu vurdu – VİDEO

Niderlandın I Divizionunda X turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Eyndhoven” PSV-nin gənclərdən ibarət komandasının qonağı olub.

Matç “Eyndhoven”in 4:3 hesablı qələbəsi ilə başa çatıb.

90 dəqiqə meydanda olan Ocan Can 81-ci dəqiqədə fərqlənməyi bacarıb. Komandasının dördüncü qolunu vuran futbolçu “Eyndhoven”ə qələbə qazandırıb.
Bu nəticədən sonra “Eyndhoven” 20 xalla 20 kollektiv arasında dördüncü pillədə qərarlaşıb. Komanda lider “Roda”dan üç xal geri qalır.