Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik edilib.
Yenicag.az xəbər verir ki, Azərbaycan və Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandaları arasında mayın 18-də və 21-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan iki yoldaşlıq görüşü baş tutmayacaq.
Buna səbəb Gürcüstan kollektivinin Azərbaycana səfər edə bilməməsidir.
Qeyd edək ki, Azərbaycanın U-17 millisinin təlim-məşq toplanışı mayın 21-dək davam edəcək.