Millimizin keçmiş baş məşqçisi axtarışa verildi

Rioda Yay Oimpiya Oyunlarına qədər 9 ay cüdo üzrə millimizi çalışdırmış Peter Zayzenbaher axtarışa verilib.

Yeniçağ.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Vyana məhkəməsi cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherlə bağlı qərarını açıqlayıb. Qərara əsasən, ikiqat Olimpiya çempionu həbs olunacaq.
56 yaşlı cüdo mütəxəssisi barədə artıq beynəlxalq axtarış elan olunub. Bunun da səbəbi millimizin keçmiş baş məşqçisinin məhkəmə proseslərində iştirak etməməsi və istintaqdan yayınmasıdır.

Məsələ ilə bağlı məhkəmə iclasının katibi Kristina Salzborn mətbuata açıqlama verib:

“Onun harada olmasından xəbərsizik. Bizə bu barədə məlumat daxil olmayıb”.

Xatırladaq ki, Zayzenbaher 1990-cı ilin sonları və 2000-ci ilin əvvəllərində törətdiyi əməllərə görə günahlandırılır. Belə ki, o 11 və 13 yaşlı yeniyetmə qızlara təsavüzdə ittiham olunur.

Yenicag.az