Azərbaycan millisinin və “Sabah” klubunun futbolçusu Namik Ələskərov əməliyyat olunub.
Paytaxt təmsilçisindən Yenicag.az-a verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindəki yırtığa görə cərrahi müdaxiləyə ehtiyac duyub.
Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.
Həkimlərin rəyinə əsasən, Ələskərov təxminən bir ay sonra komanda ilə məşqlərə qoşulacaq.