Azərbaycan yığmasının oyunu qumara qoyulub.
Yenicag.az anspress-ə istinadən bildirir ki, belə bir iddia ilə Qazaхıstanın sportinfo.kz saytı çıхış edib.
Həmkarlarımızın iddiasına görə, AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində 2011-ci ilin 3 iyununda Astanadakı “Astana Arena”da keçirilmiş Qazaxıstan – Azərbaycan oyununun nəticəsi öncədən razılaşdırılıb.
Hücumçu Sergey Qridinin klubsuz qalmasına toxunan həmkarlarımız belə yazıblar: “Daha çox “Tobol”la oyuna və AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla danışılmış oyunda vurduğu qollarla yadda qalan Qridin indi özünə klub tapa bilmir”.
Qeyd edək ki, həmin oyunda Qazaxıstan 2:1 hesabıyla qalib gəlmişdi. Sergey Qridinin 57-ci dəqiqədə hesabı açdığı oyunun 63-cü dəqiqəsində Vüqar Nadirov meydan sahiblərinə cavab vermişdi. Amma Qridin bundan 5 dəqiqə sonra dubla imza ataraq qazaxlara qələbə qazandırmışdı.