Millimizin oyununda qalmaqal: Zaur Axundov dalaşdı – VİDEO

Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində Azərbaycan və Portuqaliya yığmaları arasında keçirilmiş oyunda dava düşüb.

Yenicag.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində rəqib komandanın kapitanı Rikardinyo millimizin üzvü Ramiz Çovdarovla mübarizə zamanı yerdə qalıb. Bu zaman rəqib komandanın kapitanının simulyasiya etdiyini düşünən millimizin ehtiyat oyunçuları ona etiraz ediblər. Nəticədə Rikardinyo ilə onların arasında narazılıq yaşanıb. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məsələyə müdaxilə edərək, Rikardinyonu əli ilə itələyib. Tərəflər arasında gərginlik yaşansa da, aranı sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, yığmamız bu oyunda 1:8 hesabıyla uduzaraq, AÇ-2018-lə vidalaşıb. Rikardinyo isə bu oyunda pokerə imza atıb.