Millimizin oyununun yeri və saatı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Lixtenşteyn yığması ilə keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, görüş 2019-ci il iyunun 6-da Eşen şəhərindəki “Sportpark Eşen Mauren” stadionunda keçiriləcək.