!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimizin rəqibləri bəlli oldu

!Reklam – Yazi

Bu gün İsveçrənin Nyon şəhərində final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq 17 yaşadək qadınlardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Yenicag.az xəbər verir ki, millimiz B liqasında Albaniya və Monteneqro yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb. Bu qrupun oyunları Albaniyada keçiriləcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. B liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq. İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq. İkinci mərhələdə A liqasının 7 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv