Millimizin rəqibləri bəlli oldu

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının elit-raundundakı rəqibləri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, püşkə əsasən, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv İrlandiya, Rusiya və Rumıniya ilə birgə 1-ci qrupda mübarizə aparacaq.

Qeyd edək ki, qrup qalibləri 14-27 iyulda Ermənistanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaqlar.