Millimizin rəqibləri müəyyənləşdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Superfinalında qarşılaşacağı rəqiblər məlum olub.

Yenicag.az xəbər ki, 19-25 sentyabr tarixlərində İtaliyanın Alghero şəhərində keçiriləcək oyunlarda millimiz B qrupunda İsveçrə, Türkiyə və Rumıniya komandaları ilə mübarizə aparacaq.

Oyunların dəqiq tarixləri barədə əlavə məlumat veriləcək.