Millimizin sabiq baş məşqçisi həbs olundu – İki azyaşlını zorladığına görə!

Beynəlxalq axtarışa verilən cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaxer həbs olunub.

Yenicag.az xəbər verir ki, iki azyaşlını zorlamaqda təqsirli bilinən olimpiya çempionu avqustun 1-də Ukraynanın paytaxtı Kiyevdəki evində saxlanılıb.

Bu barədə Vyana məhkəməsinin hakimi Kristina Zaltsborn məlumat verib. Onun Avstriyaya ekstradisiya olunması üçün müvafiq sənədlər Ukraynaya təqdim olunub. Ekstradisiyanın vaxtı isə son məhkəmədə bəlli olacaq.

Qeyd edək ki, Peter Zayzenbaxer 2 uşağı – 11 və 13 yaşlı yetirmələri zorlamaqda ittiham olunur.

O, 1990-cı ilin sonlarında 2000-ci ilin əvvəllərində törətdiyi əməllərə görə indi cavab verməli olub.

Yenicag.az

COP29