Millimizin sabiq baş məşqçisi vəfat etdi

Uzun müddət müxtəlif yaş qrupları üzrə milli komandalarımızın baş məşqçisi işləmiş Şamil Əlimzanov 77 yaşında vəfat edib.

Yenicag.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, SSRİ idman ustası, Azərbaycanın Əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi bu gün Suraxanıda Tatar qəbiristanlığında dəfn olunacaq.

Şamil Əlimzanovun yetirmələri arasında adını ölkə boks tarixinə yazdıranlar kifayət qədərdir. İlk Avropa və dünya birinciliklərinin qaliblərinin, Yay Olimpiya Oyunlarının iştirakçılarının müəllimi olub. Ədalət Məmmədov, Fərhad Acalov, Emil Məhərrəmov, Zaur Teymurov və digər titullu idmançılarımızın bir çoxuna boksun sirlərini məhz Şamil Əlimzanov öyrədib.

Onun yolunu oğlu İlham Əlimzanov davam etdirir.

COP29