Millimizin sabiq üzvü “Beşiktaş”a qol vurdu – VİDEO

Türkiyə kubokunda 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

Yenicag.az xəbər verir ki, doğma azarkeşləri önündə “Gənclərbirliyi”ni qəbul edən “Beşiktaş” rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Ankara təmsilçisinin yeganə qoluna millimizin sabiq üzvü Dəniz Yılmaz imza atıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 6-ı keçiriləcək.

Qarşılaşmanın videoicmalını təqdim edirik: