Millimizin Şimali İrlandiya ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşdi

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, F qrupu çərçivəsində oktyabrın 12-də təşkil olunacaq görüş Ballimina şəhərində yerləşən “The Showgrounds” stadionunda baş tutacaq.

Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.