Millimizin üzvü dubl etdi, “Bursaspor” mərhələ adladı – VİDEO

Futbol üzrə Türkiyə Kubokunun 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən “Bursaspor” “Tarsus İdmanyurdu” matçı birincilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Yenicag.az xəbər verir ki, millimizin üzvü Dəniz Yılmaz sözügedən qarşılaşmada iki qol vuraraq, komandasının növbəti mərhələyə adlamasında pay sahibi olub.