Millimizin üzvü klubundan qovuldu – Davaya görə

Futbol üzrə Azərbaycan millisinin üzvü Renat Dadaşov özünə yeni klub axtarmalı olacaq.

Yenicag.az xəbər verir ki, o, çıxış etdiyi “Ayntraxt”dan qovulub.

Buna isə gənc hücumçunun komanda yoldaşı ilə dalaşıb, ona xəsarət yetirməsi səbəb olub. Qərara əsasən, o, bir daha “Ayntraxt”ın U-19 komandasının məşqlərində iştirak etməyəcək.

Almaniya klubundan verilən məlumata görə, futbolçu barədə qəbul edilən qərar qətidir.

Qeyd edək ki, Renatın 2020-ci ilin yayınadək Frankfurt təmsilçisi ilə müqaviləsi var.

COP29