Millimizin üzvü Latviya klubunda

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tural Bayramlı legioner həyatı yaşayacaq.

Yenicag.az xəbər verir ki, o, Latviyanın “Dauqavpils” klubuna transfer olub.

Gənc futbolçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. Anlaşmaya əsasən, oyunçu istəsə, yay transfer dönəmində “Dauqavpils”i tərk edə bilər.

Qeyd edək ki, “Dauqavpils” Latviyanın I Divizionunda çıxış edir. Komanda 22 turdan sonra 58 xalla turnir cədvəlinə başçılıq edir. Komanda Latviyanın əsas liqasında iştirak üçün əsas namizəddir.