Xəbər verdiyimiz kimi, Şəkidə XI sinif şagirdi Firəngiz Qaliz qızı Əzizova özünü ov tüfəngi ilə güllələyib.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, əməliyyat olunan məktəbli hazırda reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının saytımıza verdiyi məlumata görə, özünə qarın nahiyəsindən atəş açan Fəridə futbol üzrə Azərbaycan millisinin üzvü olub. Qapıçı mövqeyində çıxış edən Əzizova bir müddət əvvəl təlim-məşq toplanışı üçün Bakıya yollanıb. Bayramla əlaqədar evinə qayıdan 17 yaşlı qız bayram tətilindən sonra millimizlə birlikdə Fransaya yollanmalı idi.
Lakin saytımıza açıqlama verən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla Fəridənin cəmi bir dəfə yığmanın toplanışında olduğunu bildirib: “Fəridə Əzizova millinin toplanışında fevral ayında olub. Rəsmi turnir və oyunlarda çıxış etməyib. U-17 qızlar hazırda Bakıda, U-19 qızlar isə Kiyevdə toplanışdadır, heç birinin heyətinə dəvət olunmayıb. Qadın futbolunun rəhbəri Nəriman Axundov Fəridənin atası ilə əlaqə saxlayıb. Atası bildirib ki, qızı təsadüf nəticəsində özünə atəş açıb”.
Qeyd edək ki, faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Emin Səfərov