17 yaşlılardan ibarət Azərbaycan millisinin futbolçusu Mutlu Aksu Doğan karyerasını “Qalatasaray”da davam etdirəcək.
Yenicag.az xəbər verir ki, “sarı-qırmızılar” 17 yaşlı yarımmüdafiəçini “Altınordu”ya transfer haqqı ödəmədən heyətinə qatıb. Futbolçu “Qalatasaray”dan başqa kluba transfer olacağı halda ödənilən transfer haqqının yarısı İsmir təmsilçisinə veriləcək.
Doğan ilk olaraq “cim bom”un U-21 komandasının heyətində çıxış edəcək. Qış fasiləsindən sonra əsas komandaya qoşulacaq.
Qeyd edək ki, Mutlu Aksu Doğan 2016-cı ildə 17 yaşlılardan ibarət millimizin heyətində Avropa çempionatının seçmə mərhələsində iştirak edib.