Millimizin üzvü “Qəbələ”də

Qış fasiləsinə yollanan “Qəbələ” transfer çalışmalarına start verib.

Yenicag.az-ın məlumatına görə, “qırmızı-qaralar” millimizin üzvü Anar Nəzirovla anlaşıb.

33 yaşlı qolkiper yaxın günlərdə əyalət təmsilçisi ilə sözləşmə imzalayacaq.

Qeyd edək ki, “Zirə”dən ayrılan Nəzirov 2010-2013-cü və 2014-2015-ci illərdə də “Qəbələ”də çıxış edib. O, “Zirə”yə məhz “Qəbələ”dən keçmişdi.

Emin