Voleybol üzrə Azərbaycan millisinin üzvü Polina Rəhimovanın yeni iş yeri bəlli olub.
Yenicag.az xəbər verir ki, təcrübəli voleybolçu karyerasını Türkiyənin “Fənərbaxça” klubunda davam etdirəcək. Tərəflər arasında 1 illik sözləşmə imzalanıb. Bu barədə məlumatı klubun rəsmi saytı açıqlayıb.
Qeyd edək ki, Rəhimova karyerası ərzində “Naqlivatçi VC”, “Azərreyl”, “Hunday Hillstate” və “TAB Queenseis” klublarında çıxış edib.
Yenicag.az
Emin Səfərov