Futbol üzrə Azərbaycan millisinin üzvü Dəniz Yılmazın yeni klubu müəyyənləşmək üzrədir.
Yenicag.az xəbər verir ki, 29 yaşlı forvard “Bursaspor”u digər Super Liqa təmsilçisi “Osmanlıspor”a dəyişəcək.
Tərəflər arasında artıq razılığın əldə olunduğu bildirilir. Lakin, Ankara təmsilçisi bu keçid üçün “Bursaspor”u da razı salmalıdır.
Qeyd edək ki, millimizin hücumçusunun “Bursaspor”la 2 illik sözləşməsi qüvvədədir.