Millimizin üzvünün yeni klubu açıqlandı

Son Azərbaycan kubokunun qalibi “Keşlə” növbəti transferini həyata keçirib.

Yenicag.az xəbər verir ki, Bakı klubu “Sumqayıt”dan ayrılan Amil Yunanovla anlaşıb. Tərəflər arasında 1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, millimizin üzvü başa çatan mövsümdə 10 qolla yadda qalıb.