Millinin baş məşqçisi deputatlığa namizəd oldu

Gələn ay Türkiyədə keçiriləcək parlament seçkiləri üçün daha bir namizəd bəlli olub.

Yenicag.az xəbər verir ki, bu, 21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Alpay Özalandır. Veteran futbolçu Ədalət və İnkişaf Partiyasından (AK) namizədliyini irəli sürüb.

İzmirdən namizədliyini irəli sürən Alpay Özalan yığmadan ayrılmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, buna qədər güləşçi Selçuk Çebi və motoskletçi Kenan Sofuoğlu da millət vəkili olmaq üçün namizədliyini açıqlayıb. AK Partiya da öz növbəsində adıçəkilən idmançıların namizədliyini qəbul edərək Yüksək Seçki Komissiyasına adlarını təqdim edib.