Çexiya millisinin baş məşqçisi Karel Yarolim istefaya göndərilib.
Yenicag.az xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyası qərar qəbul edib.
Tərəflər arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
İstefaya səbəb isə millinin yoldaşlıq görüşündə Rusiyaya 1:5 hesabı ilə uduzmasıdır.
Qeyd edək k, 61 yaşlı mütəxəssis Çexiya millisinin “sükanı arxası”na 2016-cı ilin yayında keçmişdi.