Millinin sabiq futbolçusu karyerasını bitirdi

İngiltərə millisinin sabiq futbolçusu Co Kol karyerasını başa vurub.

Yenicag.az xəbər verir ki, bu barədə təcrübəli oyunçunun özü açıqlama verib.

Son olaraq ABŞ-ın “Tampa Bay Rowdies” klubunda çıxış edən Co Kol futbolla bağlı xəyalını gerçəkləşdirdiyini bildirib.

Qeyd edək ki, 56 dəfə İngiltərə millisinin formasını geyinən 37 yaşlı Kol, karyerası ərzində “Vest Hem”, “Çelsi”, “Liverpul”, “Lill”, “Aston Villa”, “Koventri” kimi klublarda çıxış edib.

COP29