Millinin sabiq futbolçusu məşq zamanı öldü

Fildişi Sahili millisinin sabiq futbolçusu Şeyk İsmael Tiote vəfat edib.

Yenicag.az xəbər verir ki, 30 yaşlı oyunçu məşq zamanı ürəktutmasından ölüb.

Qeyd edək ki, karyerası ərzində “Anderlext”, “Roda”, “Tvente” və “Nyukasl” kimi komandalarda çıxış edən futbolçunun son iş yeri Çinin “Pekin Enterprises” klubu olub.

Yenicag.az