Avstraliya millisinin sabiq futbolçusu Mark Breşiano narkotik istehsalına başlayır.
Yenicag.az xəbər verir ki, bu barədə veteran futbolçunun özü məlumat verib.
Onun sözlərinə görə, istehsal edəcəkləri narkotik müalicəvi xarakter daşıyacaq:
“Şirkətimizin adı “Yaşıl ümid” olacaq. Hazırda bir tərəfdaşla gələn il istehsala başlamaq üçün çalışırıq. Bununla bağlı lazımi lisenziyanı da almışıq”.
Qeyd edək ki, Mark Breşiano karyerası ərzində İtaliyanın “Parma”, “Empoli”, “Palermo” kimi klublarında çıxış edib. O, ümumilikdə meydana çıxdığı 431 qarşılaşmada 56 qol vurub, 15 məhsuldar ötürmə edib.