Millinin sabiq üzvünün arvadından ağlasığmaz cinayət – Azyaşlı uşaqlarını öldürdü

İtaliyalı reqbiçi Andrea Benattinin arvadı Antonella Barberi ağlasığmaz cinayətə əl atıb.

Yenicag.az xəbər verir ki, o, iki yaşlı qızını yastıqla boğaraq, 5 yaşlı oğlunu isə bıçaqlayaraq öldürüb. Hadisə Andreanın evdə olmadığı vaxt baş verib.

Övladlarını öldürən ana daha sonra avtomobilinə əyləşərək Mantuyadakı evini tərk edib. O, maşında intihara cəhd göstərsə də, çoban tərəfindən aşkarlanaraq polisə məlumat verilib.

Xəstəxanaya yerləşdirilən Barberinin ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Benatti 2001-ci ildən 2005-ci ilədək reqbi üzrə İtaliya millisində çıxış edib. O, peşəkar karyerasını 2011-ci ildə başa vurub.

COP29