Millinin üzvü ölümdən döndü – VİDEO

Avstriyanın “Zalsburq” klubunun futbolçusu Munas Dabbur ölümdən dönüb.

Yenicag.az xəbər verir ki, o, Budesliqasının 27-cu turu çərçivəsində “Austriya” ilə oyunda rəqib müdafiəçi Ştefan Ştanqlla toqquşub.

Nəticədə İsrail millisinin hücumçusu 4 dəqiqəyədək huşsuz vəziyyətdə qalıb.

Onun vəziyyətinin yaxşı olduğu bildirilsə də, növbəti oyunlarda meydana çıxmayacağı qeyd olunur.

Qeyd edək ki, Munas Dabbur cari mövsümdə Bundesliqada 24 oyuna 16 qol vurub.