Milllimizin ilk sınağı

10696Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək.

Komandamız meydan sahibi Macarıstanla qarşılaşacaq.

Oyun Dunaujvaroş şəhərindəki “Ezsperanto Ut” stadionunda baş tutacaq. Şotlandiyalı FIFA referisi Con Beatonun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

Qeyd edək ki, qrupun ilk oyunu bu gün Slovakiya və Sloveniya arasında keçirilib. Matç slovakların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz noyabrın 12-də Slovakiya, 3 gün sonra Sloveniya ilə qarşılaşacaq.

Avropa çempionatı
Seçmə mərhələ
4-cü qrup, 10 oktyabr

21.00 Macarsıstan – Azərbaycan
Hakimlər: Con Beaton, Qrem Styuart (Şotlandiya), David Morhaym, Eli Hakmon (İsrail).
Dunaujvaroş. “Ezsperanto Ut” stadionu.

Slovakiya – Sloveniya 2:1
Qollar: Tomaş Vesteniçki, 41; 65-pen – Alen Ozbolt, 58.
Hakimlər: Marko Quyda, Matteo Passeri (İtaliya), Peter Kobor, Adam Farkaş (Macarıstan).
Tatabanya. “Qrosics Qyula” stadionu. (anspress.com)