Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələrinə görə, Miloş Zeman yenidən ölkə rəhbəri seçilib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, səslərin 86,86 faizinin hesablanmasından sonra Zeman seçicilərin 52,94 faizinin səsini toplayıb.
Onun rəqibi – Çexiya Elmlər Akademiyasının sabiq rəhbəri İrji Draqoş səslərin 45,07 faizini toplaya bilib.