Milyard yarımlıq Çin əhalisinə “üçüncü uşaq” icazəsi

Çin hökuməti ailələrə 3-cü uşağa sahib olmaq üçün icazə verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Əhali və Ailə Planlaması Qanununa edilən müvafiq dəyişiklik Milli Xalq Konqresinin Daimi Komitəsi tərəfindən qəbul edilib.

Qanun dəyişikliyi ölkə başçısı Si Cinpin tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Çində 1980-ci ildə əhali artımını idarə etmək məqsədilə “tək uşaq” siyasəti həyata keçirilirdi. Gənclərin sayının azalması, işə yararlı şəxslərin qıtlığı hökuməti 2016-cı ildə bu siyasətdən imtina etməyə məcbur edib. Belə ki, həmin ildən ailələrə 2-ci uşaq sahibi olmağa icazə verilmişdi.