!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milyarder icra başçısı: Xaləddin İsgəndərovun sərvəti və hakimiyyəti – I YAZI

!Reklam – Yazi

fghthhhBinəqədinin icra başçısının sərvəti və davranışları ərəb şeyxlərinin sərvəti və davranışlarından geri qalmır

Məsələyə Azərbaycan reallıqları prizmasından yanaşarsaq, o zaman Xaləddin İsgənrərovun vəzifədə və ayaqda qalması möcüzə kimi görünür. Bu mösüzənin təfərrüfatları ilə bağlı gələcək yazımızda məlumat verəcəyik. Hələlik isə onu qeyd edək ki, Vergilər naziri Fazil Məmmədovun patronajlığı altında olan iki icra başçısı – Binəqədinin icra başçısı Xələddin İsgəndərov və Şəmkirin icra başçısı Alimpaşa Məmmədov özlərini qətiyyən bir məmur və ölkə prezidentinin sadə şəkildə ifadə etdiyii kimi “xalqın xidmətçisi” olaraq aparmırlar.

Əgər hörmətli oxucularımız Xaləddin İsgəndərovun və Alimpaşa Məmmədovun icra hakimiyyəti kimi üç-dörd illik fəaliyyətlərini azacıq da olsa izləyiblərsə, onda yəqin ki, bu iki şəxsin lüzumsuz lovğalıqlarını və sərvətlərini və hakimiyyətlərini həddindən artıq nümayiş etdirmələrini, özlərini ətrafındakı insanlardan yüksəkdə görmələrini və ən əsası rəhbərlikləri altında çalışan insanlara qarşı həddindən artıq kobud davranmalarını və hər fürsətdə onları aşağılamalarını müşahidə ediblər.

Vergilər naziri Fazil Məmmədovyaxın ətrafına aid olan bağlı bu iki şəxsin neqativ özəlliklərini saymaqla bitməz. Digər icra başçılarından istər Xaləddin İsgəndərov, istərsə də Alimpaşa Məmmədov hər addımda öz eqolarını nümayiş etdirməyə və öz “hakimiyyətlərindən aldıqları kimi aparma həzzi” hər addımda nümayiş etdirməklə fərqlənirlər. Misal üçün Biəqədinin İcra başçısının tək özünü deyil, ailəsini də bir mühafizəçilər ordusu qoruyur. İcra başçısı bir yerə gedərkən adətən onu 6-7 maşın mühafizəçi maşını müşahidə edir. Qəribədir ki, başçının oğlu da, atası kimi şəhərdə ən azı 4-5 maşının müşayiəti ilə hərəkət edir. Əldə etdiyimiz məlumatlara görə icra başçısının digər ailə üzvləri də bir yerə gedərkən onları xüsusi maşınlar müşaiyət edir. Xatırladaq ki, Şəmkirin icra başçısı da xüsusi müşaiyət maşınları ilə hərəkət edir.

Və bütün bunlar hansı pullarla olur, bu sual təbii ki, maraq doğurur. Yəni adi bir məmur dövlət hesabına özünü və ailəsini bu şəkildə qoruyur? Əgər bu belədirsə, buna zərurət hardan doğur? Hər halda keçmiş vergi işçiləri olan Xaləddin İsgəndərov və Alimpaşa Məmmədov dövlət vəsaitinin belə məsuliyyətsiz şəkildə dağıtmağın məsuliyyətini bilirlər. Yox, əgər Xaləddin İsgəndərov və Alimpaşa Məmmədov özlərini şəxsi vəsaitləri hesabına xzlərini ərəb şeyxləri kimi aparılarsa, o zaman onlar vəsaitlərinin qaynaqlarını da açıqlmalıdrlar.

Niyə məhz Fazil Məmmədovun patronajlığında olan bu iki məmur digər icra başçılarından daha çox hakimiyyət pərəstlikləri ilə seçilir və niyə özlərini kiçik padşahlar kimi aparmaqdan həzz alırlar? Axı Fazil Məmmədov bu keyfiyyətləri ilə seçilmir. Vergilər naziri bir qayda olaraq, fəaliyyətini, şəxsi həyatını və sərvətini gözə soxmağa çalışmır. Nazir olduğu uzun illər boyunca o, digərlərindən daha çox kölgədə qalmağa çalışmaqla diqqəti cəlb edir. Amma onun patronajlığında olan iki icra başçısı demək olar ki, özlərini hər addımda gözə soxurlar. Və “qudurğan məmur” imicini qazanan məmurlar arasında ilk yerlərdə durmaqdadırlar. Bunun səbəbi nədir? Maraqlı sualdır və açıq deyək ki, bu sualın cavabını bilmirik. Yəqin sualın cavabını Fazil Məmmədov hamıdan yaxşı bilir…

Qeyd edək ki, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov haqqında AzMedia.info saytına sensasion xarakterli məlumatlar daxil olub. Və bu məlumatları araşdırıkən biz şaşqın vəziyyətə düşdük. Daha əvvəl Vergilər Departamenti rəisinin birinci müavini kimi bəsit bir vəzifə sahibi olan və 4 ildir Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Xaləddin İsgəndərovun bu qədər sərvəti hardan ola bilər? Bu şəxsin tək özəlliyi Vergilər naziri Fazil Məmmmədovun bacısı ilə evli olmasıdır. Bu günə qədər də iş adamı kimi heç bir yerdə adı keçməyib və dövlət məmuru olaraq çalışıb. Xaləddin İsgəndərovun ailə üzvlərinin də bizneslə məşğul olmaları ilə bağlı bu günə qədər heç bir məlumat olmayıb. Buna baxmayaraq, bu şəxsin özünün, ailəsinin qulluğunda bir xidmətçi və mühafizəçi ordusu dayanır. Və bu qulluqçu ordusunu saxlamaq üçün icra başçısı hər ay 100 min manata qədər vəsait sərf edir. Hərhalda iddalar belədir. İsgəndərovlar ailəsi dövlətin zirvəsindəki şəxslər kimi qorunur. Bu Xaləddin İsgəndərovun özünün ortaya qoyduğu görüntünün ümumi nəticəsidir.

Əldə etdimiz məlumata görə Xaləddin İsgəndərovun Bakının müxtəlif yerlərində, o cümlədən Yasamalda ondan artıq villası var. Bu gün bu villardan ancaq biri haqqında, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində (keçmiş Vorovski), yerləşən villası haqqında danışacağıq. AzMedia.info-nu məlumatlandıran mənbənin bildirdiyinə görə, əslində həmin villanı, villa adlandırmaq belə doğru olmazdı. Bu villa sözün həqiqi mənasında bir şahzadə qəsrini xatırladır.

Mənbə bildirir ki, Xaləddin İsgəndərovun sözü keçən villası Vergilər naziri Fazil Məmmədovun villası üz-üzədir. Özünə villa tikən icra başçısı hamisini belə unutmayıb və eyni villanın bənzərini yolun qənşərində nazir qohumu üçün inşa etdirib. Mənbənininbildirdiyinə görə Xaləddin İsgəndərovun “Vorovski”dəki inşa etdirdiyi bu iki villaya milyonlarla dollar vəsait sərf etdiyi ilk baxışdan görününr.

Fazil Məmmədov üçün inşa edilən villanın içindən bixəbər olduğunu qeyd edən mənbə, Xaləddin İsgəndərovun villası ilə bağlı maraqlı məlumatlar verib. Hündür hasarla əhatələnən villa bütün istiqamətlərdən kamera ilə izlənilir və burda quş belə uçurdulmur. Villanın darvazası xüsusi metaldan hazırlanıb və qapıda xüsusi mühafizə dəstəsi keşik çəkir. İçəri girmək üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir. Kimsə tanınmayan biri villaya yazınlaşarsa, mühafizəçi çıxaraq həmin adamı sürətlə ordan uzaqlaşdırır. Şəkil çəkmək isə ümumiyyətlə imkansızdır.
Villadan içəri daxil olarkən isə təmtəraqdan adamın ilk baxışda gözləri qamaşır. Villanın içindəki cah-cəlaldan danışmaq isə təbii ki, yersizdir.

Mənbə bildirir ki, villadakı bahalı içkilər kolleksiyası adamı ilk baxışda özünə cəlb edir və bu içki kolleksiyasındakı içkilərin hər birinin minimum qiyməti 1000 dollardan artıqdır. Villanın ümumi dizaynı və dekorasiyası isə belə təəssürat yaradır ki, bu sarayın sahibi bir milyarder ya da ərəb şahəzədəsidir.

Mənbə bildirir ki, Xaləddin İsgəndərov bu villada adətən yaxın adamları ilə toplanır və bir qayda olaraq onlar gecələr villanın xüsusi dizayn olunmuş zirzəmisində əylənirlər. Zirzəminin ən böyük möhtəşəmliyi isə burda olan hovuzla bağlıdır. Mənbə bildirir ki, 400 kvadratmetrlik hovuzun füsünkarlığı isə adamı valeh edir. Mənbə qeyd edir ki, qonaqlar arasında Xaləddin İsgəndərovun tanımadığı şəxslər də olur. Buna görə də bir qayda olaraq qonaqlar içəri keçmək üçün şəxsiyyət vəsiqəsi təqdim edirlər…

Yəqin ki, geniş ictimaiyyət üçün Xaləddin İsgəndərovun bu qədər sərvəti və krallara aid yaşayış səviyyəsini hansı yolla əldə etməsi çox maraqlıdır. Açığı bu, elə bizim üçün də maraqlıdır və ümid edirik ki, icra başçısı mal varlığı ilə bağlı açıqlama verərək bu iddaları yalan olduğunu isbat edəcək. Təbii ki, bütün bunlar yalandır, şərdir, böhtandır, deməklə yox…

Ardı var…

Növbəti yazımızda oxuyacaqsınız:

– Xaləddin İsgəndərovu Belarusun ölkəmizdə səfiri ilə hansı biznes telləri bağlayır;

– “Şəfəq” MTK ilə Xaləddin İsgəndərovun hansı əlaqələri var və Vasif adlı şəxsə bağlı olan bu və ya digər şirkətlər vasitəsi ilə dövlətin milyonları necə silinir;

– MTN Xaləddin İsgəndərovun içkili durumunu kabinetinin arxasındakı istirahət otağında necə lentə alıb;

– Xaləddin İsgəndərov Akif Çovdarovun, Elçin Quliyevin və İlqar Əliyevin tapşırıqlarına niyə sözsüz əməl edib;

– Xaləddin İsgəndərov Binəqədi bələdiyyələrini Akif Çovdarova nesə təslim edib;

– Binəqədi rayonunda Akif Çovdarova və yaxın qohumlarına məxsus olan bir çox obyektlərin tikintisinə kim nəzarət edib;

– Akif Çovdarov icra başçısının qarşısında hansı şərtləri qoyub…

Bu və ya digər maraqlı məlumatları növbəti yazılarımızda oxuyacaqsınız.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(azmedia.info)

www.yenicag.az

1969
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv