Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Milyarder qadın jurnalisti niyə yaxtasına apardı?

59606_srcTürkiyənin “Milliyet” qəzetinin əməkdaşı Negehan Alçı azərbaycanlı milyarder Fərhad Əhmədovun yaxtasında qonaq olub.

YENICAG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda jurnalist özü köşə yazısında bəhs edib.
N.Alçı yazır ki, F.Əhmədovun milyarder Roman Abramoviçdən aldığı və dünyanın ən byük səyahət yaxtası olan “Luna”ya onu azərbaycanlı iş adamı yeməyə dəvət etmişdi.
Əslən Bodrumdan olan jurnalist yazır: “Bu il bir çox maraqlı simalarla qarşılaşdıq. Ancaq şübhəsiz ki, bunların içərisində ən çox diqqət çəkəni Fərhad Əhmədovdur… Azərbaycan əsilli rusiyalı iş adamıdır. Ata tərəfdən Azərbaycan kürdlərindəndir. Türkiyədə baş verənləri və kürd probleminə dair barışıq prosesini diqqətlə izləyir. “Northgas” şirkətinin səhmlərinin demək olar ki, hamısını alıb, daha sonra Putinin təzyiqi ilə satıb. Müdhiş bir sərvətə malikdir. Rusiyada siyasi keçmişi də var.
Ancaq mənim üçün ən ilginc özəlliyi dünyanın ən gözəl yaxtalarından “Luna”nın sahibi olmasıdır. Əhmədov “Luna”nı keçən il yaxın dostu, rusiyalı oliqarx Roman Abramoviçdən alıb. Abramoviçin 115 metrlik yaxtası bir ildir ona məxsusdur. Əhmədov və xanımı Tatyana ilə onların yaxın dostları Mübariz Mənsimovun “Xəzər ulduzu” adlı gözəl təknəsində yemək mərasimində tanış olduq. Bizi “Luna”ya dəvət etdilər və şəxsən gəzdirdilər.
Üzgüçülük hovuzu, böyük günəşlənmə terrasları, 8 lüks qonaq otağı, böyük yataq otağı, SPA salonu, idman salonu, basketbol sahəsi, iki ədəd vertolyot meydançası və üstəlik sualtı qayığı… Bunların hamısı “Luna”da var.
Alta doğru isə 4 mərtəbə heyət üzvləri və maşın-mexanizm bölmələri üçün ayrılıb. Bu nəhəng gəmini idarə edən avstraliyalı qadın kapitandır…”
N.Alçı Bodrumda Qazaxıstanın iqtisadiyyat naziri, Belarus prezidenti kimi tanınmış simalarla qarşılaşdığını da yazır. Bildirir ki, bütün bu tanınmış şəxslər M.Mənsimovun Bodrumda – Yalıkavakdakı yeddiulduzlu istirahət mərkəzində qonaq olublar.
“Bu insanlar bir tərəfdən istirahət edir, digər tərəfdən Türkiyəyə yatırım imkanlarını araşdırırlar. Məsələn, Əhmədov alternativ enerji yatırımları üzərində düşünür.
 
Negehan Alçı
Bərabər yemək yediyimiz gecə biz də Əhmədovu Türkiyəyə yatırım qoyması üçün təşviq etdik, ölkədəki investisiya mühitini anlatdıq. Mənsimovun məni və həyat yoldaşım Rasim Ozanı Əhmədovla tanış etməsinin məqsədi də bu idi. Çünki görüşdükləri keçmiş Türkiyə elitası üzvləri onları Türkiyəyə yatırım qoymaqdan çəkindirməyə çalışırdı. Bu kəsimin yaşadığı Ərdoğana düşmən olmaq naminə öz ölkəsinə düşmənlik edən və Türkiyənin zənginləşməsini istəməyən zavallı patalogiyadır. Türkiyənin böyük dövlət olmasını istəyən Mənsimov da o masada buna üsyan edirdi. Əhmədov kimi milyardlarla dollar pulu olan xarici investorlar Türkiyəyə gəlməlidir ki, bu ölkə daha da böyüsün və inkişaf etsin.
Ertəsi gün Əhmədovla Bodrumun ən gözəl məkanlarından birində – Mənsimovla Robert de Nironum ortaq məkanı “Nobu” restoranında qarşılaşdıq. Uzun bir masada Avropa İttifaqı işləri üzrə nazir Mövlud Çavuşoğlu ilə oturmuşdu. Məlum oldu ki, Çavuşoğlu ilə Avropa Parlamentindən tanışdırlar. Onu da Əhmədovu Türkiyəyə yatırıma təşviq edərkən gördüm…” – deyə N.Alçı yazır.

 

www.yenicag.az

307
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM