Ads by Google

hightechnic
Ads by Google
cecen-milyarder-kizinin-milyonluk-gelinligi_x_93340_bYenicag.az xəbər verir ki, ilin ən göstərişli toylarından biri Monako Krallığının Monte Carlo şəhərində baş tutub. Bu dəfə həyatlarını birləşdirənlər çeçen iş adamı Musa Bazayevin 21 yaşındakı qızı Elina ilə digər bir iş adamı olan Alikhan Mamakaevin 25 yaşındakı oğlu Bek Əli Xan Mamakaevdir.

Mərasimə gəlin Elina Bazayevanın livanlı dizayner Zuhair Muradın imzasını daşıyan gəlinliyi damğasını vurub. Üzəri daşlarla və işləmələrlə bəzədilmiş uzun quyruğuyla diqqət çəkən gəlinliyin qiyməti 20 milyon rus rubludur (təxminən 512 min manat).

Gəlini, altı ay əvvəl Moskvada yenə dəbdəbəli bir mərasimlə evlənən bacısı Mariam tək qoymayıb. Lakin 49 yaşındakı atası Musa Bazaev ilə anası Luisa mərasimdə qatılmayıblar. Bunun səbəbi isə Bazaev ailəsinin Çeçen ənənələrinə olan bağlılığıdır. Çeçen ənənələrinə görə, gənc qız evlənərkən ana və atası mərasimdə iştirak etmir.

Elina ilə Bek Əli Xan Mamakaev, bu ilin fevral ayında tanış olublar. İki ay sonra da Mamakaev, Elina Bazaevaya evlilik təklif edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 245
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."