Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milyarderdən Türkiyəni sevindirən anons: “Sərmayə qoyacağıq”

Dünyaşöhrətli milyarder Mark Mobius Türkiyəyə irihəcmli investisiya yatıracağını deyib.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, milyarder Mark Mobius bu barədə belə danışıb:

“Sərmayəçilər rahat işləyə bildikcə və lazım olan məlumatları əldə etmək imkanları məhdudlaşmadıqca, Türkiyə investorlar üçün öz cazibəsini saxlayacaq”.

Türkiyə iqtisadiyyatındakı müsbət tendensiyadan bəhs edən Mobius bu məsələdə prezident Ərdoğanın xüsusi xidmətləri olduğunu vurğulayıb:

“Ərdoğanın dövründə iqtisadiyyat və idarəetmə mexanizmi çox təkmilləşib. Türkiyədə yeni imkanlar yaranır.
İnsanlar hökümətlə bağlı nəsə danışmağa həvəsli deyillər, ancaq biz investisiya mövqeyindəyik və çox yaxşı işləyən bir neçə özəl investisiya fondumuz var”.

Qeyd olunur ki, Mobiusun sahibi olduğu “Franklin Templeton Investments” qrupu 2016-cı ildə “Doğtaş Kelebek Mobilya”nın səhmlərinin 1,69 fazini alıb.

Yeniçağ.Az

www.yenicag.az

589
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100