Milyarderin 15 yaşlı qızı prezidentin nəvəsi ilə lüks yaxtada – FOTOLAR

Rusiyanın məşhur milyarderi, “Rusala”nın rəhbəri Oleq Deripaskanın  qızı 15 yaşlı Mariya Deripaska dünyanın ən bahalı kurortlarında dincəlməyə üstünlük verir.

Yenicag.az bildirir ki, bu dəfə o, qohumu, sabiq Rusiya prezidenti Yeltsinin nəvəsi ilə birlikdə görüntülənib.

Oleq Deripaska övladları – 17 yaşlı  Pyotr və 15 yaşlı  Mariyanı əsasən ictimaiyyətin diqqətindən gizlədir. Lakin bu dəfə onlar medianın fokusundan yayına bilməyiblər.

Sen-Barta sahillərində prezidentin nəvəsi ilə görüntülənən Rusiya oliqarxının qızının yeni şəkillərini “SUPER” nəşri dərc edib.

Zaur H.

COP29