Amerikalı investor-milyarder Uorren Baffettlə nahar etmək hüququ xeyriyyə hərracında 3.3 milyona satıldı.
Yenicag.az “Associated Press” agentliyinə istinadən bildirir ki, hərracın qalibi naməlum qalmağı arzulayıb.
Artıq 19-cu dəfədir ki, milyarder onlayn rejimdə hərrac təşkil edir. Ənənəvi olaraq qalibin Baffettlə nahar etmək və ona istənilən sualları vermək imkanı var. Yığılmış vəsaitləri isə investor evsizlərə dəstək göstərən “Glide Foundation” xeyriyyə fonduna keçirir.
Məlumat üçün bildirək ki, 2016-cı ilin hərracında “nahar etmək” 3.45 milyona, 2017-ci ildə isə 2.6 milyon dollara satılıb.
“Berkshire Hathaway” şirkətinin rəhbəri qalibləri ilə naharı adətən Nyu-Yorkun mərkəzində yerləşən nüfuzlu “Smith and Wollensky” restoranında edir. 87 yaşlı investorla nahar təxminən 3 saat davam edir.
Zaur H.