Milyonçu köçü: İnvestorların ən çox üz tutduğu ölkələrin SİYAHISI

Yaxın 10 ildə Türkiyədə milyonçuların sayının 10 faiz artacağı gözlənilir.

Yenicag.az xəbər verir ki, bu barədə “Henley&Partners” şirkətinin Qlobal Vətəndaşlıq Hesabatında məlumat verilib.

Hesabata görə, builki miqrasiyanın ən mühüm səbəbi kimi Rusiya ilə Ukrayna arasındakı müharibə önə çıxır. Milyonçuların ən çox üstünlük verəcəyi üç ölkəyə Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya və Sinqapur daxildir.

Hesabata görə, inkişaf etmiş ölkələrdə milyonçuların sayında bum olacağı proqnozlaşdırılır. Koronavirus pandemiyası nəticəsində son 10 ildə artan tendensiya üzrə davam edən milyonçuların immiqrasiyasında 2020-2021-ci illərdə azalma müşahidə olunsa da, 2022-ci ildə milyoner köçü aktivləşib. Belə ki, varlı investorlar və onların ailələri qlobal nizamı nəzərə alaraq dəyişikliklərə ciddi şəkildə hazırlaşırlar.

Məsələn, Şri-Lankada milyarderlərin sayının 2031-ci ilə qədər 90 faiz artacağı gözlənilir. Hindistan və Mavrikidə milyonçuların sayının 80 faiz artacağı təxmin edilir. Bununla yanaşı, ABŞ-də milyonçuların sayının 20 faiz, Fransa, Almaniya, İtaliya və İngiltərədə milyonçuların sayının isə 10 faiz artacağı gözlənilir. 2031-ci ildə Türkiyədə milyonçuların sayının 10 faiz artacağı gözlənilir.

2022-ci ildə milyonçu axınının ən çox olduğu ilk 10 ölkə Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Sinqapur, İsrail, İsveçrə, ABŞ, Portuqaliya, Yunanıstan, Kanada və Yeni Zelandiya olacaq.

Hesabata görə, bir vaxtlar dünyanın maliyyə mərkəzi kimi tanınan Böyük Britaniya 2022-ci ildə 1 500 xalis xaricə axını ilə milyonerlərini davamlı olaraq itirməyə davam edəcək. ABŞ-nin cəlbediciliyinin də sürətlə azaldığı vurğulanan hesabatda 2022-ci ildə 1500 xalis milyonçu axını olsa da, 2019-cu ildə 10 800 nəfərlik milyoner immiqrasiyasına nisbətən böyük azalma olduğu vurğulanıb. Digər tərəfdən, bu il Çində 10 min xalis milyonerin çıxacağı gözlənildiyi halda, Çinin Avstraliya və ABŞ ilə münasibətlərinin pisləşməsi uzunmüddətli perspektiv üçün əsas narahatlıq doğurur.

Gülşən Şərif