Milyonçu oğlu qəza törətdi: 4 ölü – Video

Yunanıstanda ağır yol qəzası baş verib – yüksək sürətlə hərəkət edən “Porsche” markalı avtomobil dayanacaqda park edilən “Honda Civic” maşınına çırpılıb.

Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər, o cümlədən 3 yaşlı uşaq həlak olub.

Qəza bazar günü Afina – Lamiya avtomagistralında qeydə alınıb. Qəza törədən “Porsche” markalı avtomobildə olan “Jumbo” supermarketlər şəbəkəsinin sahibi Apostolos Vakakisin oğlu Yorqos və dostu həlak olublar.

Müşahidə kameralarının qeydlərinə əsasən, “Porsche”nin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarında park yerində dayanmış digər maşına çırpılıb. “Honda”da olan 33 yaşlı qadın və 3 yaşlı uşaq həlak olublar. “Porsche”dəki şəxslərdən biri ön pəncərədən bayıra düşüb və aldığı zədələrdən keçinib, digəri isə maşında qalaraq yanıb.

Avtomomagistralda maksimum icazə verilən sürət 120 km/saat olsa da, “Porsche”nin bu limiti aşdığı müəyyən edilib.

Yeniçağ.az