“Milyonçu” şousunda səhv sual verildi

Britaniya televiziyasında yayımlanan “Milyonçu” şousunda maraqlı hadisə baş verib.

Yenicag.az xəbər verir ki, 125 min funt-sterlinq dəyərindəki mərhələyə qədər qalxan iştirakçıya Formula 1 haqqında sual verilib.

Sual belə olub: “Pilota göstərilən mavi bayraq nəyi işarə edir?”

Cavab versiyaları isə aşağıdakı kimi olub:

a) Dərhal boksa qayıtmaq

b) Qarşıda yavaş sürətlə gedən maşın var

c) Sürüşkən trass

d) Daha sürətli maşın sizi keçmək istəyir

Redaktorların düzgün cavabı D variantı olub. Halbuki, bu, Formula 1 qaydalarına görə düzgün deyil. Mavi bayraqlar pilotu bir dövrə keçməyə cəhd olarkən göstərilir./Qafqazinfo/

COP29