“Milyonerlər məhəlləsi” satıldı

San-Fransiskoda yaşayan bir cütlük, şəhərin ən bahalı prospektlərindən olan Presidio Terracetanı 90 min dollara satın alıb.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, şəhər bələdiyyəsi, sakinlərin ildə yalnız 14 dollar olan vergi borclarını ödəməmələri səbəbibdən prospekti iki il öncə satışa çıxarıb.

Asiyalı cütlük – Tina Lam və Maykl Cenq, yalnız 90 min dollar qarşılığında milyon dollarlıq evlərin yerləşdiyi küçəyə sahib olublar.

Küçənin satıldığını eşidən varlı mülk sahibləri müqavilənin ləğvi üçün yerli icra hakimiyyəti orqanlarına müraciət ediblər.

Yenicag.az