Milyonerlərin köçü: Bu ölkənin ev sahibliyi edəcəyi gözlənilir

2022-ci ilin sonuna kimi 1 milyon dollardan çox pulu olan insanların ən çox Birləşmiş Ərəb Əmirliklərinə köç edəcəyi gözlənilir.

Yenicag.az xəbər verir ki, koronavirus pandemiyası və Rusiya-Ukrayna müharibəsi nəticəsində dünya iqtisadiyyatı yeni dövrə qədəm qoyub. Rusiya iş dünyasının Qərblə əlaqələrinin zəifləməsi nəticəsində bu ölkədən bir çox milyonçunun xaricə mühacirət etməsinə səbəb olub. Bu il səyahət qadağalarının yumşaldılması və pandemiya dövrünün geridə qalması milyonerlərin miqrasiyasını daha da sürətləndirib.

Rusiyanın ən yüksək şəxsi sərvətə malik ölkə olacağı gözlənilsə də, görünür, İsveçrə yenidən Avropanın şəxsi sərvət mərkəzi qalacaq. İlin sonuna qədər 2200 milyonerin İsveçrəyə yollanacağı gözlənilir. Proqnoza görə, bu il milyonçuların arasında ən çox itirənlər Rusiyada olacaq. Ölkədə 15 min milyonçu müxtəlif yerlərə köç edərkən, ölkənin ən zəngin insanlar təbəqəsinin 15 faizinin müxtəlif ölkələrə köç etdiyi bildirilib. 2019-cu ildə Rusiyadan 5500 milyonerin köç etdiyi təxmin edilir.

İsrail bu il ən çox yeni milyonçu qəbul edəcəyi gözlənilən ölkələr siyahısında dördüncü yerdədir. İlin sonuna qədər ölkədə 2500 yeni milyonerin olacağı gözlənilir. İsraildə məskunlaşan milyonçular Tel-Əviv, Herzliya, Qüds Netanya kimi bölgələrə üstünlük verirlər.

Türkiyədə 1 milyon dollardan çox pulu olan 29 min 400 nəfər var. Sərvəti 10 milyon dollardan çox olan vətəndaşların sayı 1470 nəfərdir. 100 milyon dollardan yuxarı isə 84 nəfər var.

“Henley&Partners” vətəndaşlıq məsləhətçi şirkətinin “2022 İkinci Rüb Qlobal Vətəndaşlıq Hesabatı”na əsasən, bu il sərvəti 1 milyon dollardan çox olan 4000 insanın Birləşmiş Ərəb Əmirliklərinə immiqrasiya edəcəyi gözlənilir.

Həmçinin 3500 yeni milyonerin Birləşmiş Ərəb Əmirliklərinə ev sahibliyi edəcəyi gözlənilir.

Milyonçuların Birləşmiş Ərəb Əmirliklərinə üstünlük verməsinin səbəbi isə ölkədə yaxşı səhiyyə sisteminin mövcudluğu və vergi güzəştlərinin təklif olunmasıdır. Bundan əlavə, DubayƏbu-Dabi varlıları cəlb edən böyük, dəbdəbəli rezidensiyalar baxımından əhəmiyyətli imkanlar təklif edir.

Gülşən Şərif