!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milyonluq uduşlar: Pul insanların siyasi mövqeyini necə dəyişir?

!Reklam – Yazi

Göydəndüşmə pullar insanların tək həyatını yox, həm də daşıdıqları siyasi ideologiyanı yeniləyir.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, müxtəlif vaxtlarda lotereyada iri məbləğdə pullar udan minlərlə insanın iştirakı ilə aparılan tədqiqat maraqlı nəticələrlə əlamətdar olub.

Böyük Britaniyanın “British Household Panel Survey” təşkilatı 25 min nəfər üzərində tədqiqat aparıb.

Onlardan 4 min 277 nəfəri müxtəlif vaxtlarda lotereya bileti ilə kifayət qədər sanballı məbləğdə pul udub.

Onlara verilən suallardan birində respondentlərin 7 ballıq şkala üzrə öz siyasi baxışlarını ifadə etmələri xahiş olunur. Şkalada sol baxışlar 1-dən başlayaraq 7-yə doğru sağ baxışlara doğru dəyişib.

Tədqiqat zamanı məlum olub ki, lotereyada iri məbləğdə pul udana qədər birmənalı sol baxışların daşıyıcısı olan şəxslər bir an içərisində varlandıqdan sonra sürətlə “sağ”laşıblar.

www.yenicag.az

2196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv